"Şuşanı itirdiyimizi etiraf edirik" - Poqosyan
Ermənistan tərəfi Şuşanın işğaldan azad olunduğunu etiraf edib.
"MediaPost" xəbər verir ki, bu barədə qondarma “Dağlıq Qarabağ”ın separatçı liderinin "sözçüsü" Vəhram Poqosyan öz "Facebook" səhifəsində yazıb.
"Bu təbiidir, çünki müharibə nə müvəffəqiyyətin, nə də uğursuzluğun təmin olunmadığı ağır bir mübarizə hərəkətidir. Bu günə qədər təəssüf ki, uğursuzluqlar zəncirinin bizi hələ də təqib etdiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik. Bu da əhval-ruhiyyənin düşməsinə səbəb oldu", - o bildirib.