Şuşanı tarixə köçürən fotoqraf bu dəfə Bərdə dəhşətindən yazdı - <span>FOTO</span>
06.11.2020 22:44 Gündəm

Şuşanı tarixə köçürən fotoqraf bu dəfə Bərdə dəhşətindən yazdı - FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati Bərdə şəhərinə ermənilərin raket hücumu nəticəsində yaşanmış faciələrdən birini işıqlandırıb.

"MediaPost"un məlumatına görə, fotoqraf “Instagram” hesabında Bərdəyə Ermənistan silahlı qüvvələrinin raket hücumu zamanı hər iki valideynin itirən körpə barədə yazıb və fotoları təqdim edib.

“Ölüm sükutu yeni doğulan ecazkar körpənin çığırışını gizlədir”, - deyə Reza Deqati bildirib.

Xəbərlər şöbəsi

Gündəm