Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır
07.06.2023 13:50 Qarabağ Gündəm

Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır

Şuşaya köçürüləcək vətəndaşların siyahısı dəqiqləşdirilir. Yaxın zamanda bu proses yekunlaşacaq və köç prosesinə hazırlıq başlanılacaq.

MediaPost xəbər verir ki, bunu Trend-ə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Şuşaya köç prosesi sürətli və ünvanlı davam etməlidir.

"Şuşada xəstəxana tikintisi yekunlaşır. Məktəb artıq yeni tədris ilinə hazır olacaq.

Qarabağda bərpa-quruculuq işləri çox sürətlə aparılır. Geri dönəcək əhali də bu prosesə cəlb olunacaq, quruculuğun canlı şahidi olacaq”,- deyə xüsusi nümayəndə bildirib.

Xəbərlər departamenti

Gündəm