Tanınmış meyxanaçı karantin qaydalarını pozdu
20.04.2021 19:09 Cəmiyyət

Tanınmış meyxanaçı karantin qaydalarını pozdu

Qubada karantin qaydalarını pozan restoran aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional bürosundan  "MediaPost"a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi müəyyən edilib.

Araşdırma zamanı məclisdə iştirak edən meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) da daxil olmaqla ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Xəbərlər şöbəsi

Gündəm