Tanınmış meyxanaçıya qəbirüstü abidə hazırlandı - FOTO
Tanınmış meyxanaçı Aydın Xırdalanlıya qəbirüstü abidə hazırlanıb.
Bu barədə “MediaPost”a abidənin müəllifi heykəltaraş Seymur Süleymanlı məlumat verib.
“Qəbirüstü abidənin mərhumun ailəsinin sifarişi ilə hazırlanıb. Abidə Xırdalan qəbiristanlığında artıq yerləşdirilib. Son tamamlanma işləri gedir”.
Xatırladaq ki, Aydın Xırdalanlı (Quliyev) ötən il 42 yaşında serrozdan dünyasını dəyişib.