Tanzaniyada kilsədə izdiham zamanı 20 nəfər ölüb
02.02.2020 10:20 Cəmiyyət

Tanzaniyada kilsədə izdiham zamanı 20 nəfər ölüb

Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi bildirib.

Məlumata əsasən, hadisə kilsə xidməti zamanı baş verib. Xidmət yanvarın 2-si Moşi şəhərində yerləşən evangelist xristian kilsəsində keçirilib.

Şəhərin dairə komissarı Kippi Variobiya bildirib: "Hal-hazırda 20 nəfər həlak olub, ancaq yaralılar olduğu üçün ölənlərin sayı arta bilər".

İzdiham Tanzaniyada məşhur pastor Bonifasiy Mvamposanın xütbəsi zamanı olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm