Tanzaniyalı mədən işçisi ikinci dəfə milyon dollarlıq dəyərli daş tapdı - <span>FOTOLAR</span>
04.08.2020 09:51 Gündəm Dünya

Tanzaniyalı mədən işçisi ikinci dəfə milyon dollarlıq dəyərli daş tapdı - FOTOLAR

Tanzaniyada Saniniu Layzer adlı mədən işçisi tapdığı 6.3 kq ağırlığındakı Tanzanit daşını 2 milyon dollara satıb.

“MediaPost” xəbər verir ki, 30-dan çox övladı olan Layzer ötən iyun ayında da çəkiləri 9.2 kq və 5.8 kq olan 2 ədəd Tanzanit daşı tapıb. Sözügedən daşlar 3.4 milyon dollar qarşılığında alıcı tapıb.

Qeyd edək ki, Tanzanit daşını sadəcə Tanzaniyanın şimalında tapmaq olar. Dünya miqyasında ən nadir dəyərli daşlardan biri olan Tanzanitin 20 il içində tükənə biləcəyi ehtimal edilir. 

img
img
img
img
img

Xəbərlər şöbəsi

Gündəm