Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
İyunun 2-də Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
“MediaPost”un yerli bürosu xəbər verir ki, tədbirə hazırlıq məsələləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaya arasında Tbilisidə keçirilmiş görüşdə müzakirə olunub.
Palatadan bildirilib ki, görüşdə iki ölkə arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi aparılıb.
Tərəflər KOBİA və Palata arasında sıx əməkdaşlığın təşviqi və əlaqələrin gücləndirilməsi mexanizmlərini nəzərdən keçiriblər. Sahibkarlar və investorlar arasında birbaşa əlaqələrin təşviqi məqsədilə Azərbaycan və Gürcüstanda biznes forumların təşkilinə hazırlıq ifadə olunub.