Tbilisidə etiraz aksiyaları davam edir
09.11.2020 11:48 Dünya

Tbilisidə etiraz aksiyaları davam edir

Gürcüstanda 31 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi səbəbilə keçirilən etiraz aksiyaları ötən gün də davam edib.

"MediaPost" xəbər verir ki, Tbilisidə Gürcüstan Mərkəzi Seçki Komissiyası qarşısında nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. 13 saatdan çox davam edən aksiya polisin su şırnaqları ilə müdaxiləsi nəticəsində dağılıdıb.

Müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melia jurnalistlərə açıqlamasında aksiyanın 9 noyabrda da davam edəcəyini söyləyib: “Sabah saat 18:00-da (yerli vaxtla) Rustaveli prospektində hamını gözləyirik. Sonuna qədər mübarizə aparacağıq. Sabah bütün xalq toplanacaq, yalnız müxalifət deyil".

Anara Mikail

Gündəm