Tbilisidə etiraz aksiyası bərpa olunub
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası bərpa olunub.
“Report” xəbər verir ki, dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.
Etirazçılar parlament binasının önündəki Rustaveli prospektinə qızınmaq üçün dəmir çəlləklər və odun gətiriblər.
Təşkilatçılar aksiyanın 24 saat rejimində keçiriləcəyini bildiriblər.
Qeyd
edək ki, Tbilisidə etirazlara ötən gün Gürcüstan parlamentində
proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin
dəstəklənməməsi səbəb olub.