Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə müxalifət partiyaları Gürcüstanın hökumət binasının qarşısında etiraz aksiyası keçirir.
"MediaPost" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, nümayişçilər Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə etiraz edir. Bildirilib ki, bölgədə aksiya səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edilib ki, müxalifət aksiyada gələcək planlarını açıqlayacaq.