Tbilisinin eks-meri həbs edildi
10.02.2020 21:19 Dünya

Tbilisinin eks-meri həbs edildi

Gürcüstan Ali Məhkəməsi Tbilisinin keçmiş meri, müxalif “Avropa Gürcüstanı” partiyasının rəhbər şəxslərindən biri Giqi Uqulavanı ikinci müddətə həbsə məhkum edib.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərini aşaraq 2011-2012-ci illərdə Tbilisi İnkişaf Fondunun 48 milyon laridən (16,8 milyon dollar) çox vəsaitini mənimsəməkdə günahkar bilinən keçmiş merə 3 il 2 ay həbs cəzası verilib.

Uqulavanın vəkili Beki Basilayanın sözlərinə görə, məhkəmə əvvəlcə onun 9 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermək istəsə də, daha sonra əfv qanununa uyğun olaraq bu müddət 6 il azaldılıb.

Xatırladaq ki, Uqulava daha əvvəl 3 illik həbs cəzasından sonra 2017-ci ilin yanvarında sərbəst buraxılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm