"Təbabətlə din həmişə bir-birini tamamlayıb" - Endokrinoloq orucluqdan danışdı
25.04.2020 13:45 Gündəm

"Təbabətlə din həmişə bir-birini tamamlayıb" - Endokrinoloq orucluqdan danışdı

“MediaPost” xəbər verir ki, bunu oruc tutmağın orqanizmə təsirindən danışarkən endokrinoloq Fərhad Burzu deyib.

O bildirib ki, bütün qaydalara düzgün əməl etdikdə, əksinə, orqanizmə müsbət təsir göstərir və müqavimətin artırır:

“Bütün dini rituallarda - müsəlmanlarda, xristianlarda, yəhudilərdə oruc tutmaq spesifikası fərqlidir. Ancaq heç bir təbabət heç vaxt dinlə əks olan fikir irəli sürməyib. Həmişə təbabətlə din bir-birini tamamlayıb. Ümumiyyətlə, sağlıqlı bir oruc heç bir şəkildə orqanizmə ziyan vermaz.Tutulan orucun vaxtlı-vaxtında imsakını etdinizsə, yetəri qədər maye içdinizsə, tövsiyə olunan qidaları yedinizsə, yəni orucun səhətinə diqqət etdinizsə, insanın bədən müqavimətində heç nə dəyişmir, əksinə müqavimət artar. Bunu pəhriz forması ilə sübut edirik. Biz dediyimiz dietanın əsas forması 16+8-dir. Yəni 16 saat ac qalıb, 8 saat qidalanırsan. Bizim orucların da bu qaydalardan elə də fərqi yoxdur. Sadəcə, orada kiçik nüanslar o fərqi yaradır. Bu haqda tibb ədəbiyyatında da məlumat var ki, belə dieta saxlayan insanların bədən müqavimətlərində mənfi dəyişiklik olmur. Ancaq onu da qeyd edim ki, iftarda normadan artıq qidalanmaq lazım deyil”.

Xəbərlər departamenti

Gündəm