TƏBİB Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı açıqlama verdi
19.02.2020 12:40 Cəmiyyət

TƏBİB Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı açıqlama verdi

TƏBİB-dən “MediaPost”a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

“Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.

Xəbərlər departamenti

Gündəm