TƏBİB-dən  Arif Quliyevlə bağlı açıqlama
27.04.2021 23:24 Mədəniyyət

TƏBİB-dən Arif Quliyevlə bağlı açıqlama

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) Sosial şəbəkələrdə və KİV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan yayılmış görüntülərinə münasibət bildirib.

TƏBİB-dən "MediaPost"a verilən məlumata görə, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.

“Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, - TƏBİB-in açıqlamasında belə deyilir.

Xəbərlər şöbəsi

Gündəm