TƏBİB-in xaricdə işləyən azərbaycanlı həkimlərlə bağlı şöbəsi yaradılıb
16.04.2020 10:23 Gündəm

TƏBİB-in xaricdə işləyən azərbaycanlı həkimlərlə bağlı şöbəsi yaradılıb

Tibb sahəsində çalışan və təhsil alan həmvətənlərimiz Almaniyada, Avropanın digər ölkələrində və ABŞ-da, o cümlədən Rusiya Federasiyasında dərnəkləşiblər.

"MediaPost" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə Azərbaycan həmin həkimlərlə əlaqə yaradaraq söhbətlər aparır:

"Bizim bu dərnəklərə görüşlərimiz olub, telekonfranslarımıza start verilib. Bu günlərdə Amerikada çalışan azərbaycanlı həkimlərin müraciəti oldu. Ölkə rəhbərliyinin qarşımıza qoyduğu əsas tələb də, xaricdə təhsil almış gənclərin ölkəmizin səhiyyə sisteminə inteqrasiyası və fəaliyyətini orada davam etdirənlərin vətənə necə xidmət etmələri ilə bağlı hədəflərin müəyyən edilməsidir. Bununla bağlı TƏBİB-in ayrıca xaricdə işləyən azərbaycanlı həkimlərlə iş şöbəsi yaradılıb. Bu şöbədə mütəmadi olaraq bu layihələr üzərində çalışırıq. Gələcəkdə bu fəaliyyətin detalları barədə əlavə məlumatlar veriləcək".

Xəbərlər departamenti

Gündəm