TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
17.04.2020 18:50 Cəmiyyət

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

"MediaPost" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstə sayı 797-dir.

Xəbərlər departamenti

Gündəm