“Təəssüf ki, yerli kino sahəsində bazar tənzimlənməsi yoxdur” - AÇIQLAMA
17.11.2023 19:00 Mədəniyyət

“Təəssüf ki, yerli kino sahəsində bazar tənzimlənməsi yoxdur” - AÇIQLAMA

Azərbaycanda kino sektorunun inkişaf etməməsinin, aktyorların qonorarınını az olmasının səbəbləri eynidir. Bütün ölkələrdə olduğu kimi, dövlət obyektiv şəkildə isteadadlı kino insanlarına, layihələrinə şərait yaratmalı, kinoya qoyulan vergi götürülməli, prodakşnları dəstəkləməli, serial bazarı çevikləşməli və digər başqa problemlər həll olunmalıdır. 

Mövzu ilə bağlı aktyor Samir Qulamov MediaPost-a açıqlama verib. Onun sözlərinə görə, elə aktyorlar var ki, filmoqrafiyası azdır, sosial şəbəkələrdə daha çox tanınırlar və Gürcüstan, İran səviyyəsində qonorarlar səsləndirirlər:

alt text

“Qonorara görə də imtina etdiyim məqamlar olur. Təəssüf ki, bizdə bu sahədə bazar tənzimlənməsi yoxdur. O mənada ki, hər bir aktyor öz düşündüyü qonorarı deyir. Yəni, konkret standart məbləğlər yoxdur. Hərçənd, elə aktyorlar var ki, bəlkə həmyaşıdıq, filmoqrafiyası da azdır, sosial şəbəkələrdə daha çox tanınırlar və Gürcüstan, İran səviyyəsində qonorarlar səsləndirirlər. Onlarda da alınanda alınır, ya da alınmır. Elə peşəkar aktyorlar var ki, qonorar tələbi yüksəkdir və soruşanda, niyə məni dəvət etmirsiniz, adam utanır deməyə ki, dediyi qonarar bizim şərtlərə uyğun deyil”.

Fidan Ramazan

Gündəm