Tehran rejimi seldən zərərçəkən Güney Azərbaycan bölgələrinin sakinlərinə yardım etmir
İran hakimiyyəti seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki əhalinin vəziyyəti ilə maraqlanmır.
MediaPost xəbər verir ki, bununla bağlı “Azad İran” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, İranın rəsmi xəbər saytları və agentlikləri də seldən zərərçəkən bölgələrlə bağlı məlumat vermir.
Seldən zərər çəkən əhali vəziyyətin ürəkdağlayan olduğunu bildirirlər. Onların sözlərinə görə, İran hökuməti onlara heç bir yardım göstərmir və taleyin ümidinə buraxıb.
Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Germi və Biləsuvar rayonlarında leysan yağışlar nəticəsində sel olub. Əhalinin əkin sahələri, şəxsi təsərrüfatına xeyli ziyan dəyib. Sakinlər ərzaq və içməli su çatışmazlığından əziyyət çəkir. Onlara Güney Azərbaycanın müxtəlif bölgələrinin sakinləri humanitar yardım edir.