Tehranda 5 min uşaq məcburi istismar olunur
21.01.2020 15:41 Xarici siyasət

Tehranda 5 min uşaq məcburi istismar olunur

"MediaPost" irankargar.com istinadən bildirir ki, Tehranda zibil yığmaqla məşğul olan 14 min işçidən 5 mini azyaşlı uşaqdır və onların ən azyaşlısı 10 yaşındadır.

Bir neçə ay əvvəl Mehr Xəbər Agentliyi, Əmək Nazirliyinin Strateji İnformasiya və Statistika Mərkəzinin açıqladığı məlumata görə, 10 və 17 yaş arasındakı 9 milyona yaxın uşaq arasında 499 min aktiv uşaq var (işləyir və iş axtarır).

Mədənçıxarma ilə əlaqəli fəaliyyət göstərən uşaqların payı 3,9 faiz, tikinti sektorunda isə 2,9 faiz, kənd təsərrüfatında, meşə təsərrüfatında və balıqçılıqda işləyən uşaqların payı 3,92%, sənaye istehsalında 5,19%, elektrik enerjisi və kondisioner istehsalında 0.8 %, su təchizatı, çirkab suların təmizlənməsi və təmizlənməsi işlərdə 5 %, digər qeyd olunmamış fəaliyyət növlərində isə 8.73% təşkil edir.

Kamran Nasir / "MediaPost"

Xəbərlər departamenti

Gündəm