Təhsil naziri məktəblərin açılması məsələsindən danışdı
27.04.2020 15:29 Təhsil

Təhsil naziri məktəblərin açılması məsələsindən danışdı

"Açılışa getdiyimiz zaman təhsil sektoru ilk sırada yer ala bilməz".

“MediaPost”un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın bugünkü brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, karantin rejiminin mərhələli açılışı zamanı təhsil sektoru ilk sıralarda yer almayacaq.

C.Bayramov digər müəssisələrin açılmasından sonra nəticələrə və vəziyyətə baxılacağını söyləyib.

Xəbərlər departamenti

Gündəm