Təhsil naziri məktəblərin açılması qərarının indi verilməsinə aydınlıq gətirib
08.05.2021 16:24 Təhsil

Təhsil naziri məktəblərin açılması qərarının indi verilməsinə aydınlıq gətirib

"Dərslərin bitməsinə bir ay qalıb. Bir ay böyük müddətdir. Bundan hər birimiz faydalanmalıyıq".

“MediaPost” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, ənənəvi tədrisin mayın 17-dən əvvəl bərpa olunması mümkün deyildi: “Mayın ilk günlərində ibtidailərin tətili var idi. Sonra da Ramazan bayramı ilə əlaqədar uzunmüddətti qeyri-iş günləri olacaq. Ona görə də ən uğurlu müddət mayın 17-dən sonra idi”.

Xəbərlər departamenti

Gündəm