Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
14.12.2019 13:15 Təhsil

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yetişdirilib.

Xəbərlər departamenti

Gündəm