Təhsil Nazirliyinin “Telegram” kanalı istifadəyə verilib
13.01.2020 13:56 Təhsil

Təhsil Nazirliyinin “Telegram” kanalı istifadəyə verilib

"MediaPost" xəbər verir ki, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Xəbərlər departamenti

Gündəm