Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq
26.01.2020 08:02 Cəmiyyət

Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq.

Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqət mərkəzində saxlayır.

Xəbərlər departamenti

Gündəm