Tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər
14.01.2020 12:57 Təhsil

Tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

"MediaPost"un xəbərinə görə, Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rəmzi Əliyev bildirib ki, belə bir bazanın yaradılması üçün bir müddətdir işlər görülürdü: “Artıq “results.amu.edu.az” ünvanında Tələbə Məlumat elektron resursu istifadəyə verilib. Universitetin hər bir tələbəsi özünəməxsus nömrə və ya imtahan kodu ilə sistemə daxil olaraq imtahandan öncə ballarını və imtahandan sonra əldə etdiyi nəticəni öyrənə bilər”.

R.Əliyevin sözlərinə görə, 2019-2020-ci il payız semestrindən başlayaraq Tibb Universitetinin yuxarı kurs tələbələri həmin resursdan yararlana bilərlər: "Həmin resursun yaradılması tələbələri əlavə vaxt itkisindən azad edir. Onların dekanlığa üz tutaraq hansısa məlumatı öyrənməsinə ehtiyac qalmır. Bu, bütövlükdə imtahan prosesinin daha da şəffaflaşdırılması, tələbə-müəllim ünsiyyətinin minimuma endirilməsi istiqamətində aparılan işlərə töhfədir".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm