Təmassız ödənişlər üzrə limit 100 manata kimi artırılıb
03.03.2021 11:51 Maliyyə

Təmassız ödənişlər üzrə limit 100 manata kimi artırılıb

"Azərbaycanda təmassız plastik kartlarla şifrəsiz ödəniş limiti iki dəfə artırılıb və bu Türkiyədən daha çoxdur"

"MediaPost" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar deyib.

E.Çakar bildirib ki, pandemiya dövründə Azərbaycan Mərkəzi Bankı və yerli banklarla olan razılaşmaya görə, bu rəqəm 100 manat olub.

Qeyd edək ki, buna qədər tətbiq edilən limit 50 manat təşkil edirdi. 

 

 

Rahim Tarıverdiyev

Gündəm