Temperatur 9 dərəcəyədək enəcək, ehtiyac olmadıqda küçəyə çıxmayın - Nazirlik
24.02.2021 21:57 Cəmiyyət

Temperatur 9 dərəcəyədək enəcək, ehtiyac olmadıqda küçəyə çıxmayın - Nazirlik

Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, qurumun mətbuat katibi İradə İbrahimova bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.

Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.

Xəbərlər şöbəsi

Gündəm