Təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yola salındı
26.01.2020 13:08 Gündəm

Təxliyə edilən tələbələr Naxçıvandan Bakıya yola salındı

Bu barədə "MediaPost"-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya yola salınıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.

Təhsil Nazirliyinin rəsmiləri, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələri Bakı Hava Limanındadırlar. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

Xəbərlər departamenti

Gündəm