Təzə Pir məscidində Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilib - <span>YENİLƏNİB</span>
18.04.2021 13:28 Mədəniyyət

Təzə Pir məscidində Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

"MediaPost" “Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi Təzə Pir məscidindən götürülüb.

Mərhumun nəşinin torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılır.

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib

***

12:48

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Xəbərlər şöbəsi

Gündəm