“Tezliklə Şuşaya gedəcəm” – Sinan Akçıl
11.11.2020 11:44 Şou-biznes Qarabağ Azərbaycandır

“Tezliklə Şuşaya gedəcəm” – Sinan Akçıl

Türkiyəli müğənni Sinan Akçıl ötən gün İstanbulun Nişantaşı səmtində görüntülənib.

“MediaPost” xəbər verir ki, sənətçi jurnalistlərə açıqlamasında Şuşaya gedəcəyini açıqlayıb.

“Tezliklə Şuşaya gedəcəm və orada “Sən daima yaşa, Azərbaycan” mahnısını oxuyacam”, - deyə S.Akçıl bildirib.

Qeyd edək ki, ifaçı sözügedən mahnını azərbaycanlı həmkarı Səidə Quliyeva ilə birlikdə ifa edərək klip çəkdirmişdi.

Pərviz Hüseyn

Gündəm