Tibb dünyasının çərasiz qaldığı yeni virus: Ölənlərin sayı artıb
20.01.2020 11:15 Gündəm

Tibb dünyasının çərasiz qaldığı yeni virus: Ölənlərin sayı artıb

Çinin Vuhan şəhərində dekabr ayından aşkar edilən müəmmalı virusdan həyatını itirənlərin sayı 4-ə çatıb. Virusa yoluxanların sayı hər keçən gün artır, lakin tibb dünyası hələ də vurisin qarşısında acizlik nümayiş etdirir.

"MediaPost"un verdiyi xəbərə görə, ötən həftə ərzində müəmmalı virusa Vuhanda 136, Pekində 2, Quanqdonq əyalətində 1 nəfərin yoluxduğu bildirilir. Dekabr ayından indiyədək xəstəliyə yoluxanların sayı 198-ə çatıb. 4 nəfər dünyasını dəyişib, 44 nəfərin isə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Çin höküməti mediaya açıqlamasında bildirib ki, bu sətəlcəmin indiyə qədər aşkar edilməyən yeni korono virus səbəbindən baş verdiyini bildirib. Virusa yoluxmamaq üçün insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq və gigiyenik qaydalara müntəzəm olaraq əməl edilməsi ilə bağlı xəbərdarlıq olunub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm