Tibb işçilərinin maaşına əlavənin müddəti UZADILDI
24.01.2023 17:43 Sosial

Tibb işçilərinin maaşına əlavənin müddəti UZADILDI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2023-cü il martın 1-dək uzadılıb.

MediaPost xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, daha əvvəl müddət yanvarın 1-dək uzadılmışdı.

Xəbərlər departamenti

Gündəm