Tibb üzrə Nobel mükafatçısı: "COVID-19 Uhanda laboratoriyada yaradılıb"
18.04.2020 08:09 Dünya

Tibb üzrə Nobel mükafatçısı: "COVID-19 Uhanda laboratoriyada yaradılıb"

"MediaPost" xəbər verir ki, həkim "Pourquoi docteur" saytına verdiyi açıqlamada koronavirusun Uhandakı heyvan bazarından yayılması ilə bağlı məlumatlara inanmadığını bildirib:

COVID-19 Uhandakı laboratoriyalardan birində yaradılıb. Bu laboratoriya 2000-ci illərdən bəri koronavirusla bağlı ixtisaslaşıb".

Montaqnier "CNEWS" televiziyasına açıqlamasında deyib: "Bu virus təbii yollarla ortaya çıxmayıb, professional bir işdir. Virusun hansı məqsədlə hazırlandığını bilmirəm".

Fransız həkim koronavirusda HIV hissəciklərinin ola biləcəyini söyləyib: "Bununla da AİDS-ə qarşı vaksin hazırlamaq istəmiş ola bilərlər".

Qeyd edək ki, koronavirusun laboratoriyalarda yaradılması ilə bağlı çox sayda iddialar səsləndirilir.

Xəbərlər departamenti

Gündəm