Tibbi sığorta haqqında Qanuna dəyişikliklər edilib
03.12.2019 10:50 Siyasət

Tibbi sığorta haqqında Qanuna dəyişikliklər edilib

Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 3-cü oxunuşda səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 2020-ci ildən etibarən ölkəmizdə icbari tibbi sığortaya keçidlə bağlı “Tibbi sığorta haqqında” Qanunun 8 maddəsinə 126 dəyişiklik edilib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm