Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
04.11.2019 09:16

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 162 səyyar monitorinq həyata keçirilib.

Mediapost.az Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 6306, monitorinq edilmiş işəgötürənlərin sayı 309 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,9% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 81192 əmək müqaviləsi imzalanıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm