Tofiq Yaqublu azadlığa çıxıb
18.11.2019 13:10

Tofiq Yaqublu azadlığa çıxıb

Milli Şura və AXCP-nin 19 oktyabrda keçirdiyi razılaşdırılmamış aksiyada saxlanılan Tofiq Yaqublu azadlığa buraxılıb.

Mediapost.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan T.Yaqublu barəsində 30 sutka inzibati həbs cəzasının müddəti başa çatıb.

Xəbərlər departamenti

Gündəm