Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
21.09.2020 23:30 Hadisə

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"MediaPost"un məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Vəliyev İxtiyar Bəxtiyar oğlunu naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Məlumata görə, piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb. Faktla bağlı araşdırma aparılır. Apa

"MediaPost"

Xəbərlər departamenti

Gündəm