Tovuzda dələduzluq və cibgirlik edən şəxs saxlanılıb
23.04.2020 14:59

Tovuzda dələduzluq və cibgirlik edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "MediaPost"a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 37 yaşlı Tovuz rayon Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış zamanı Tərtər sakini 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon, Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil, Şəmkir rayonun Şeyidlər kənd sakini 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu aşkar edilərək götürülüb.

Kərim Kərimov Tərtər sakini Bəhmən Məmmədovun Bakı şəhəri ərazisində marşurutda cibindən gizli yolla götürdüyü pul qabında olan 120 AZN pulu xərcləyib , sənədləri də özündə saxlayıb.

Xəbərlər departamenti

Gündəm