Tovuzda müəllim və şagirdlər koronavirusa yoluxdu
07.04.2021 21:57 Təhsil

Tovuzda müəllim və şagirdlər koronavirusa yoluxdu

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.

"MediaPost" xəbər verir ki, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.

Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.

Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.

 

Xəbərlər şöbəsi

Gündəm