Tovuzda yaşayış sahəsində baş verən partlayışda 1 nəfər xəsarət alıb
26.04.2020 19:44 Hadisə

Tovuzda yaşayış sahəsində baş verən partlayışda 1 nəfər xəsarət alıb

Tovuzda xəsarətlə nəticələnən partlayış baş verib.

"MediaPost“un xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndində olub.

56 yaşlı kənd sakini Nəzakət Süleymanova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Nəticədə yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Vəziyyəti kafi qiymətləndirilir.

Xəbərlər departamenti

Gündəm