Tramp  Kim Çenin səhhətindən danışdı: "Çox da uzaq olmayan gələcəkdə..."
28.04.2020 09:40 Dünya

Tramp Kim Çenin səhhətindən danışdı: "Çox da uzaq olmayan gələcəkdə..."

"Kim Çenin səhhətinin pis olması ilə bağlı bir fikrim var, amma indi açıqlaya bilmərəm".

“MediaPost” "Sputnik"ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı suala cavab olaraq deyib.

“Onun yaxşı olmasını arzulayıram. Kim şənbə günü açıqlama verməyib, bəllidir ki, verməyib. Çox da uzaq olmayan gələcəkdə Kimdən xəbər ala bilərik”, - Tramp bildirib.

ABŞ prezidenti Kimlə münasibətlərinin yaxşı olduğuna diqqət çəkib: “ABŞ prezidenti olmasaydım, hazırda Şimali Koreya ilə müharibə aparardıq”.

Xatırladaq ki, dünya mediasında Kim Çen Inın səhhətinin ağır olması və ölməsi ilə bağlı məlumatlar yer alıb. Daha sonra Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi Kim Çenin inşaat işçilərinə təşəkkür etməsi ilə bağlı məlumat yayıb.

Xəbərlər departamenti

Gündəm