Tramp 2024 seçkilərində yenidən namizəd olmaq istəyir
10.11.2020 15:21 Dünya

Tramp 2024 seçkilərində yenidən namizəd olmaq istəyir

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərini uduzan Donald Tramp 2024-cü ildə baş tutacaq 60-cı prezident seçkilərində yenidən namizəd olacaq.

"MediaPost" xəbər verir ki, "Axios"un yaxın mənbələrə istinadən yaydığı məlumata görə, o bu barədə müşavirlərinə söyləyib.

Bu iddia, ABŞ mediasında Trampın məğlubiyyəti qəbul edəcəyi istiqamətində şərh edilib. 

Qeyd edək ki, ABŞ qanunlarına görə, bir şəxs maksimum iki dəfə ABŞ prezidenti ola bilər. 

Anara Mikail

Gündəm