Tramp ABŞ-ın İraqdakı bazalarının atəşə tutulması ilə bağlı məlumatlandırılıb
08.01.2020 06:42 Xarici siyasət

Tramp ABŞ-ın İraqdakı bazalarının atəşə tutulması ilə bağlı məlumatlandırılıb

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Trampın mətbuat katibi Stefani Qrişem bildirib.

"Biz İraqda ABŞ-ın obyektlərinə hücumlardan xəbərdarıq. Prezidentə məlumat veriblər, o, vəziyyəti diqqətlə izləyir və özünün milli təhlükəsizlik üzrə komandası ilə məsləhətləşir, - deyə Qrişem bildirib.

ABC-ın məlumatına görə, hücum ABŞ-ın İraqdakı çoxsaylı obyektlərinə yönəldilib və İran ərazisindən ballistik raketlərlə həyata keçirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu zərbələr görə məsuliyyəti üzərinə götürüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm