Tramp bəzi Avropa ölkələri və Braziliyaya tətbiq edilən səyahət qadağasını ləğv edib
19.01.2021 10:58 Dünya

Tramp bəzi Avropa ölkələri və Braziliyaya tətbiq edilən səyahət qadağasını ləğv edib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Şengen bölgəsi, İngiltərə, İrlandiya və Braziliyaya COVID-19 səbəbilə tətbiq edilən qadağanın ləğv edildiyini açıqlayıb.

"MediaPost" xəbər verir ki, ölkənin yeni seçilən prezidenti Co Bayden isə sözügedən qadağanın tətbiqinin davam edəcəyini söyləyib. 

Qadağanın ləğv edilməsi üçün imzalanan sənəddə Tramp ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) 26 yanvar tarixindən etibarən beynəlxalq xətlərdən səyahət edən bütün sərnişinlərdən neqativ koronavirus test nəticəsi tələb edəcəyini bildirib. O, səyahət qadağasının da həmin tarixdən ləğv ediləcəyini qeyd edib.

Lakin Baydenin Ağ Evin mətbuat katibi təyin etdiyi Cen Psaki "Twitter" hesabından verdiyi açıqlamada "səhiyyə heyətinin tövsiyəsi əsasında rəhbərliyin sözügedən səyahət məhdudiyyətlərini 26 yanvarda ləğv etmək niyyəti yoxdur. Əksinə, COVID-19-un yayılmasının qarşısını almaq üçün beynəlxalq səyahət mövzusundakı xalq sağlamlığı tədbirlərini artırmağı planlaşdırırıq", - deyə bildirib. 

Anara Mikail

Gündəm