Tramp çevrilişlə bağlı iki ölkəyə mesaj göndərdi
ABŞ prezidenti Donald Tramp Boliviyanın yeni istefa vermiş dövlət başçısı Evo Moraleslə bağlı açıqlama verib.
Mediapost.az xəbər verir ki, Tramp bunu qərb yarımkürəsi üçün əhəmiyyətli hadisə adlandırıb.
"14 ilə yaxındır ki, konstitusiya və xalqın iradəsinə qarşı çıxmağa çalışan Moralesin vəzifəsindən ayrılması ilə Boliviya demoktariyanı qoruyub" - ABŞ prezidenti söyləyib.
Tramp ölkə ordusunu "tək bir insanı deyil, dövlətin konstitusiyasını qoruduğu" üçün alqışladığını qeyd edib.
"Bu hadisələr Venesuela və Nikaraqua kimi qeri-qanuni rejimlərə mesajdır. İndi demokratik, firavan və azad bir qərb yarımkürəsinə daha yaxınıq" - deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali
Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb
gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra
Boliviyada etiraz aksiyaları başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.
Nəticədə Boliviya prezidenti Evo Morales və vitse-prezidenti Alvaro Qarsiya Linera rəsmən istefa verdiyini elan edib. Ölkənin hərbçi və polisləri keçmiş dövlət başçısının həbs edilməsi üçün axtarış elan ediblər.
Meksika isə istefa verdiyini bəyan edən sabiq prezidentə sığınacaq verməyə hazır olduğunu bildirib. Bu bəyanatdan sonra E.Morales adıçəkilən ölkəyə yollanıb.
"Qardaş və bacılar, mən təyyarə ilə Meksikaya uçuram. Təmənnasızlıq üçün
bizim həyatlarımızı xilas etmək məqsədilə siyasi sığınacaq vermiş bu
qardaş ölkəsinin hökumətinə təşəkkür edirəm", - deyə o "Twitter"də
yazıb.
Mediapost.az