Tramp İrandakı aksiyalarla bağlı farsca çağırış edib - FOTO
“MediaPost” xəbər verir ki, Birləşmiş Ştatların lideri "Twitter" hesabında nümayişçilərə farsca çağırış edib:
“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə fars dilində yazıb.
D.Tramp hesab edir ki, İran hökuməti insan haqları qruplarına etiraz aksiyalarının baş verdiyi yerləri izləməyə mane olmamalı və daxil olan faktları açıqlamağa icazə verməlidirlər.