Tramp İranın 50-dən çox obyektinə zərbə endirməklə təhdid edib - İrandan reaksiya
05.01.2020 11:35 Xarici siyasət

Tramp İranın 50-dən çox obyektinə zərbə endirməklə təhdid edib - İrandan reaksiya

"Report” xəbər verir ki, ABŞ prezidenti bununla bağlı özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, əgər İran ABŞ və amerikalılara hücum etsə, Vaşinqton buna çox sürətli və güclü cavab verəcək.

"Qoy bu xəbərdarlıq olsun, əgər İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın (çox il əvvəl Amerikanın İran tərəfindən tutulmuş 52 girovuna uyğun olaraq) 52 obyektini hədəfə almışıq, bəzi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan bu hədəflər İranın özü kimi sürətli və güclü zərbəyə məruz qalacaqlar. ABŞ daha hər hansı təhlükələr istəmir", - Tramp “Twitter”də yazıb.

İranın Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musavi ABŞ prezidenti Donald Trampın ölkəsinin 52 obyektinin vurulması ilə bağlı təhdidlərinə cavab verib.

IRIB telekanalının xəbərinə görə, İran rəsmisi ABŞ-ın bu addımı atmağa cəsarət etməyəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ınb hərbi qüvvələrin İraqın paytaxtı Bağdaddakı hava limanına endirdikləri raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm