Tramp İraqı hədələyib: "Banklarımızda pullarınız var"
12.01.2020 06:57 Xarici siyasət

Tramp İraqı hədələyib: "Banklarımızda pullarınız var"

“Report” xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

O, İraqın infrastrukturuna milyardlarla dollar vəsait sərf etdiklərini, bu xərclərin ödənilməsinin vacibliyini dilə gətirib.

D.Tramp həmçinin İraqa məxsus 35 milyard dollaradək maliyyə vəsaitlərinin ABŞ banklarında yerləşdirildiyini də xatırladıb.

Bundan əlavə, rəsmi Vaşinqton İraqı neft satışından əldə etdiyi gəlirlərin saxlanıldığı ABŞ-ın hökumət bankındakı hesaba girişdən məhrum etməklə hədələyib.

Qeyd olunub ki, rəsmi Vaşinqton İraq rəsmilərinə, ABŞ qoşunlarının ölkədən çıxarılacağı təqdirdə Nyu-Yorkun Federal Ehtiyat Bankındakı (Federal Rreserve Bank of New York) hesaba giriş əldə bilməyəcəkləri barədə xəbərdarlıq edib.

Müvafiq xəbərdarlıq İraqın Baş Naziri vəzifələrini icra edən Adel Abdul Mehdiyə də çatdırılıb.

Qəzet qeyd edir ki, Amerika hakimiyyətinin belə bir addımı İraq iqtisadiyyatına ciddi ziyan vura bilər. Bank hesabında saxlanılan məbləğin miqdarı barədə məlumat verilməyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm