Tramp Kim Çenin səhhətindən danışdı: "Deyə biləcəyim tək şey..."
22.04.2020 09:00 Dünya

Tramp Kim Çenin səhhətindən danışdı: "Deyə biləcəyim tək şey..."

“MediaPost” xəbər verir ki, Tramp həmkarının vəziyyəti barədə ABŞ mediasında yayılan xəbərlərə münasibət bildirib:

“Nə olduğunu bilmirik. Kimlə yaxşı münasibətlərimiz vardı. Hazırda deyə biləcəyim tək şey - ona yaxşılıq arzu edirəm”.

Xatırladaq ki, Şimali Koreya liderinin səhhəti ilə əlaqədar məlumatlar ilk olaraq aprelin 15-də onun babası Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak etməməsindən sonra ortaya çıxıb.

“CNN” telekanalı məlumatlı mənbəyə istinad edərək Şimali Koreya liderinin ürək-damar əməliyyatından sonra ağır vəziyyətdə olması ilə bağlı xəbər yayıb.

Xəbərlər departamenti

Gündəm